İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna rus gəmilərini batıracaq, Qara dəniz rus qanına boyanacaq” - Qabil Hüseynlidən ilginc proqnoz

Rusiya-Ukrayna müharibəsinin gedişində Avropanın Ukraynaya münasibətinin dəyişməsi son günlərin ən çox müzakirə olunan mövzularındandır.

Musavat.com xəbər verir ki, bu mövzu ilə bağlı bu gün TV Müsavatın efirində aparıcı Emil Salamoğlunun təqdimatında yayımlanan “Həftə içi” verilişinin qonağı, politoloq Qabil Hüseynli danışıb. Onun fikrincə, ABŞ və İngiltərənin Ukraynaya dəstək məsələsində mövqeyi sabitdir və axıra qədər də Ukraynanın arxasında dayanacaqlar. Q.Hüseynli hər iki ölkədən davamlı olaraq gələn silah yardımını da xüsusi qabardıb: “Almaniya da 100 haubitsalar göndərdi. Fransa isə bir yaralı barmağa dərman deyil. Amma Fransanın prezidenti deyir ki, Rusiyanın xətrinə dəyməyin, heysiyyatına toxunmayın. Rusiya gəmiləri isə taxıl embarqosu siyasətinə qoşularaq Ukraynadan taxılın emalı və göndərilməsinə maneçilik törədirlər. Qərb qorxur ki, ukraynalılar işə girdilərsə, Rusiyanın ordakı 28-30 gəmisinin hamısını batıracaqlar və Qara dəniz rus qanına boyanacaq. Bunun ardınca Rusiya necə hərəkət edəcək, bunu proqnozlaşdırmaq çətindir”.

Q.Hüseynli bildirib ki, Ukraynanın bu əməliyyatı gündəlikdədir və hazırlanıb. Onun sözlərinə görə, hazırda döyüş silahları və döyüş heyəti ayrılıb: “Onlar xüsusi kiçik qayıqlarda təlim keçirlər. Özü də hərbi əməliyyat bir günə nəzərdə tutulub. Bir günə bütün rus gəmiləri vurulub, sıradan çıxarılmalıdır. Ondan sonra taxılını da daşı, Qara Dəniz də oldu sənin. Rusiyanın orda gəmisi qalmayacaq. Belə uzaqgedən nəticələri olan əməliyyat planları var”.

Sözügedən videoçıxışın linkini oxucularımızın nəzərinə çatdırırıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR