Onlayn ictimai-siyasi qəzet
Ukraynada istilik mövsümü üçün qaz idxalının maliyyələşdirilməsinə lazım olan vəsaitin 70 faizi toplanıb.
Musavat.com xəbər verir ki, bunu Prezident Volodimir Zelenski hökumət üzvləri ilə Ukrayna hökumətinin son 100 gün ərzindəki fəaliyyəti, eləcə də növbəti 100 gün üçün əsas vəzifələr barədə görüşdən sonra açıqlayıb: "Mən qaz idxalının 100 faiz maliyyələşdirilməsinin dərhal təmin edilməsi barədə göstəriş verdim – 70 faiz artıq mövcuddur və biz lazımi məbləği necə toplamağı bilirik".
Prezident əlavə edib ki, xarici işlər və energetika nazirləri Ukraynanın Almaniya, Norveç, İtaliya, Hollandiya və Avropa Komissiyası ilə elektrik enerjisi istehsalı üçün lazımi avadanlıqların maliyyələşdirilməsi və təchizatı ilə bağlı müqavilələrinin tam icrasını təmin etməlidirlər.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ