İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Xersonda 2 yaşayış məntəqəsini azad etdi

Xerson vilayətinin Arxangelsk və Mirolyubovka qəsəbələri işğaldan azad edilib. 

Musavat.com xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Yaroslav Yanuşeviç məlumat verib. 

"Arxangelsk və Mirolyubovka rəsmən düşməndən azad edilib. Növbəti şad xəbəri gözləyirik", - deyə o bildirib.

Qeyd edək ki, ənənəvi axşam müraciətində Ukrayna Prezidenti Volodimir Zelenski Arxangelsk və Mirolyubovka uğrunda döyüşən 129-cu müdafiə briqadasının əsgərlərinə təşəkkür etmişdi. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR