İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Nyu-Yorkun bir hissəsini ruslardan azad etdi, Zelenski ABŞ AVİABAZASINDA! – CANLI

Düşmən Nyu-Yorku tamamilə işğal etdiyini dəfələrlə bəyan edib, lakin ukraynalı müdafiəçilər bunu manipulyasiya adlandırıblar...

12-ci xüsusi təyinatlı “Azov” briqadasının əsgərləri Donetsk vilayətinin Nyu-York kəndinin bir hissəsinə nəzarəti bərpa edib və Ukrayna hərbçilərini mühasirədən azad ediblər.

Bu barədə sentyabrın 6-da "Azov"un özündən məlumat çatdırılıb.

Məlumatda qeyd edilir ki, Toretsk istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmaq üçün 12-ci briqada birbaşa Nyu-York və onun ətraflarında müdafiə və hücuma cəlb olunub. Briqada gətirilən zaman döyüş xəttində vəziyyət fəlakət həddində olub.

“Lakin Azov briqadası döyüşçülərinin yüksək döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi, cəsarəti və peşəkarlığı sayəsində vəziyyəti sabitləşdirmək, Nyu-Yorkun bir hissəsini nəzarətə qaytarmaq və düşmən tərəfindən mühasirəyə alınan Müdafiə Qüvvələrini azad etmək mümkün olub”, - məlumatda deyilir. .

Hazırda vəziyyət gərgin olaraq qalır. Gün ərzində düşmən briqadanın məsuliyyət zonasına 15-ə qədər hücum edib, lakin ukraynalı döyüşçülər müdafiə xəttini qoruyur və uğurla əks-hücuma keçirlər.

“Düşmən dəfələrlə bəyan edib ki, o, Nyu-Yorku tamamilə işğal edib, lakin bu, işğalçıların növbəti manipulyasiyasıdır. Müdafiə qüvvələri qəsəbənin bir hissəsinə nəzarət edir və Ukrayna ərazilərini azad etmək üçün əlindən gələni edir”, - "Azov" vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl "Deep State"(“Dərin Dövlət”) analitikləri Ukrayna Silahlı Qüvvələrinin Nyu-York, Nelipovka və Liptsı yaxınlığında mövqelərini bərpa etdiyini bildiriblər.

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-a məxsus Ramşteyn aviabazasına gedib. O, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mən qrupun iclasında iştirak edəcəyəm, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyəm. Almaniya Kansleri Olaf Şoltsla ayrıca danışıqlar aparacağam", - paylaşımda qeyd edilib.

Zelenski qeyd edib ki, bundan sonra İtaliyaya səfər edəcək: "Ambrosetti" beynəlxalq iqtisadi forumunda iştirak, İtaliya biznesinin nümayəndələri ilə görüşlər, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə danışıqlar planlaşdırılır. Biz bütün G7 müttəfiqləri ilə mövqeləri razılaşdıracağıq”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi, politoloq Vaqif Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR