Onlayn ictimai-siyasi qəzet
"Ukrayna müharibədə uğur qazanması üçün ilk növbədə Rusiya Federasiyasını şərqdə irəliləmək imkanından məhrum etməlidir".
Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen danışıb.
"Biz Ukraynanın uğur strategiyası haqqında danışanda öncə Rusiyanın şərqdə cəbhəni yarmaq cəhdlərinin qarşısının alınmasını nəzərdə tuturuq. Bu, uğurun ilk addımı sayılacaq. Bunun üçün ukraynalıları çoxlu silahla təmin etmək və onlara hava hücumundan müdafiə sistemləri vermək lazımdır", - deyə ABŞ rəsmisi bildirib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ