İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Moskva yaxınlığında daha bir hərbi zavoda zərbə endirdi

Ukrayna Rusiyanın Moskva vilayətində yerləşən və döyüş sursatları istehsal edən “Krasnozavodsk Kimya Zavodu” ASC-yə zərbələr endirib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir.

Zərbələrdən sonra Krasnozavodsk şəhəri ərazisində silsilə partlayışlar və qonşu yaşayış məntəqələrində yanğınsöndürən maşınların hərəkəti qeydə alınıb. Sakinlər sosial şəbəkələrdə 10-a yaxın partlayışın baş verdiyini yazırlar.

Rusiya tərəfi Krasnozavodsk ərazisindəki müəssisələrdən birinə dron hücumu olduğunu etiraf etsə də, nəticələrə dair hər hansı açıqlama verilmir.

Qeyd edək ki, Rusiya Nikolayev, Sumı və Xarkovda istilik elektrik stansiyalarına zərbə endirdikdən sonra apreldən bəri tərəflər arasında enerji obyektlərini vurmamaq barədə əldə olunan razılaşma pozulub. Razılaşma Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında birinci telefon danışığı zamanı əldə olunmuşdu. Buna görə də Ukrayna Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirməyə başlayıb. UNİAN xəbər verir ki, bu gün Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Krasnodar diyarında A.Şamar adına İlski Neft Emalı Zavodunu vurub. Ukrayna kəşfiyyatındakı mənbələrdən verilən məlumata görə, PUA-nın obyektə hücumu nəticəsində müəssisənin texnoloji sexlərindən birinə zərbə endirilib. Zavodun vurulduğunu yerli mətbuat da təsdiqləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR