İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Milli Yaddaş İnstitutu: Jvanetski Rusiya imperiya siyasətinin simvoludur

Ukrayna Milli Yaddaş İnstitutunun ekspert komissiyası satirik yazıçı Mixail Jvanetskinin irsinin Rusiya imperiya siyasətini təbliğ etdiyinə dair nəticəyə gəlib.

Musavat.com xəbər verir ki, İnstitutun rəsmi saytında dərc olunan açıqlamada bildirilir ki, Jvanetski hər nə qədər Odessada doğulsa da, onun həyatının və yaradıcılığının əsas hissəsi Moskva və Sankt-Peterburqla bağlı olub.

Açıqlamada o da qeyd olunur ki, Jvanetski Krımın ilhaqı barədə danışarkən Ukraynanın subyektliyini faktiki olaraq inkar edib, bu məsələnin ABŞ və Rusiya arasında həll olunmalı olduğunu bildirib. Üstəlik, o, “Rossiya 1” telekanalının layihəsi üçün işğal olunmuş Krıma səfər edib.

“Mixail Jvanetskinin yaradıcılığı – sovet və Rusiya yazıçısı-satirikin fəaliyyəti Ukrayna mədəniyyətinin inkişafı ilə bağlı deyil, əksinə, ruslaşdırma prosesinə tam uyğundur. Onun suverenlik və ərazi bütövlüyü ilə bağlı bəzi fikirləri, eləcə də təcavüzkar dövlətin – Rusiya Federasiyasının təbliğat layihələrində iştirakı Rusiya narrativlərini dəstəkləyir”, – deyə institunun rəyində vurğulanır.

Həmçinin bildirilir ki, Jvanetskinin adına verilmiş toponimlər (kütləvi yerlər, hüquqi və mülkiyyət obyektləri) Rusiya imperiya siyasətinin simvollarıdır və onların istifadəsi bu siyasətin təbliği anlamına gəlir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR