İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Milli Bankının sədri istefa verib

Ukrayna Milli Bankının sədri Kirill Şevçenko səhhəti ilə əlaqədar istefa verib.

Musavat.com xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat verib.

"Göz ardı edə bilməyəcəyim sağlamlıqla bağlı səbəblərə görə özüm üçün çətin bir qərar verdim. Ukrayna Milli Bankının sədri postunu tərk edirəm", - o qeyd edib.

Şevçenko əlavə edib ki, o, artıq Ukrayna prezidentinə müvafiq bəyanatla müraciət edib.

"Mən istefamı qəbul etmək xahişi ilə Ukrayna prezidentinə təqdim etdim. Ukrayna prezidentinə həm sülh, həm də müharibə dövründə dövlətin xeyrinə etimada və birgə işə görə təşəkkür edirəm", - deyə mərkəzi bankın rəhbəri bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR