İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna limanlarından bu qədər taxıl danışıb - Nazirlikdən AÇIQLAMA

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) avqustun 1-nə Ukrayna limanlarından daşınan taxılın miqdarının 1 milyon 43 min 286 ton olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirlik taxıl daşımalarının problemsiz şəkildə həyata keçirildiyini bildirib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin sədrliyi ilə iyulun 22-də imzalanmış sənədə əsasən Ukrayna limanlarında taxıl daşımaları planlaşdırıldığı kimi davam edir.

Açıqlamada xatırladılıb ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan sazişdən sonra İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzini Milli Müdafiə naziri Hulusi Akar açıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR