İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Krım məsələsinii15 il ərzində həll etməyi təklif edir

Ukrayna nümayəndə heyəti Rusiya ilə aparılan danışıqlarda Krımın və Sevastopolun statusu məsələsinin atəşkəs razılaşmasının ayrıca bəndinə salınmasını təklif edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, rəsmi Kiyev ikitərəfli danışıqlarda Krım yarımadasının statusunun 15 il ərzində həll olunmasını istədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Rusiya ilə danışıqlarda iştirak edən prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak martın 29-da İstanbulda keçirdiyi brifinqdə Krım və Sevastopolun ayrıca müddəa olaraq sazişin mətnində yer alması barədə təklif etdiklərini təqsdiqləyib.

M.Podolyak həmçinin bütün bu dövr ərzində tərəflərin silahlı qüvvələrdən istifadə etməyəcəklərinə dair təminat verilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin dəfələrlə Krım məsələsinin əbədi olaraq onlar çün qapandığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR