İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna gizli saxladığı yeni raketini açıqladı – “Bars” Rusiyanı...

Ukrayna uzun müddət gizli saxladığı yeni yerli istehsal raketi – “Bars” barədə ilk dəfə rəsmi məlumat yayıb.

Musavat.com xəbər verir ki, BBC-nin Ukrayna xidməti bu silahla bağlı ətraflı təfərrüatları ortaya çıxarıb.

Yeni raketin hazırlanması uzun müddət ictimaiyyətdən gizli saxlanılıb.

Məlumata görə, “Bars” Ukraynanın müasir döyüş texnologiyası sahəsində milli istehsal gücünü nümayiş etdirən layihələrdən biridir. Hazırda bu raket üzərində sınaqlar davam edir və orduya çatdırılması planlaşdırılır.

Raketin dəqiq texniki xüsusiyyətləri açıqlanmasa da, onun uzaq mənzilli və yüksək dəqiqlikli olduğu vurğulanır. Ekspertlər hesab edirlər ki, “Bars” Ukraynanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, müharibənin gedişinə də ciddi təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR