Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu Rusiyanın paytaxtını növbəti dəfə pilotsuz uçuş aparatı ilə vurmağa cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlər işləyir.
Bundan əvvəl şəhər rəhbəri qeyd edib ki, yarım saat ərzində Moskva yaxınlığında üç PUA-nın hücumu dəf edilib. Bu gün Rusiya Federasiyasının digər bölgələri də dron hücumlarına məruz qalıb, Bryansk, Kalujsk, Tula vilayətləri və başqa ərazilər.
Rusiya meri bu barədə məlumat verməzdən az əvvəl Şeremetyevo hava limanında təyyarələrin qəbulu və buraxılışına məhdudiyyətlər tətbiq olunub. Bu barədə “Rosaviatsiya”nın mətbuat xidməti məlumat yayıb. Həmçinin Vnukovo hava limanı da fəaliyyətini dayandırıb. Bir qədər sonra Şeremetyevodakı məhdudiyyətlər aradan qaldırılıb. Bununla yanaşı, Domodedovo və Jukovski hava limanlarının da müvəqqəti bağlandığı bildirilib.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ