Onlayn ictimai-siyasi qəzet
“Times of Israel” qəzeti üç hökumət rəsmisinə istinadən iddia edib ki, Azərbaycan müharibədən sonra Qəzza zolağında təhlükəsizliyin təmin edilməsinə kömək edəcək Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə (ISF) qoşun yerləşdirməyə razılaşıb.
Musavat.com bu barədə xarici mediaya istinadən bildirir. Lakin hələlik rəsmi Bakı bu iddiaya münasibət bildirməyib.
Məlumata görə, bu günə qədər İndoneziya ISF-yə qoşun yerləşdirməyi açıq şəkildə öhdəsinə götürən yeganə ölkədir və BMT-nin icazəsi altında olan missiyanın bir hissəsi olaraq 20 min əsgər göndərəcəyini bildirib. Bildirilir ki, ABŞ digər ölkələrlə də danışıqlar aparıb.
Ötən ay BMT Baş Assambleyası çərçivəsində keçirilən çoxtərəfli görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa Ankaranın da Qəzzaya qoşun göndərməyə hazır olduğunu bildirib.
Lakin Qəzza müharibəsi başlayandan bəri iki ölkə arasında əlaqələrin pozulması fonunda İsrailin Qəzzada türk əsgərlərinin olmasına icazə verib-verməyəcəyi bəlli deyil.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ