İnsanlara hürriyət, millətlərə istiqlal!

"The Times": Putinlə danışıqdan sonra Tramp yenidən Rusiya ilə bağlı əvvəlki mövqeyinə qayıtdı

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə son danışıqlardan sonra Rusiya ilə bağlı əvvəlki yumşaq mövqeyinə qayıdıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski görüş zamanı ABŞ-dan uzaqmənzilli “Tomahawk” raketləri almağa ümid edirdi, lakin Tramp bu tələbi rədd edib və Kiyev heç bir konkret dəstək əldə etməyib.

Məqalədə qeyd olunur ki, ilkin görüşlərdə Tramp və Zelenski arasında anlaşma çatışmazlığı artıq hiss olunurdu.

“Görünür, Putinin tərif dolu bir telefon zəngi və daha bir sammit, Amerikanı Ukraynanın ehtiyac duyduğu istiqamətdən uzaqlaşdırmağa kifayət edib,” – deyə "The Times" yazır.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu vəziyyət Vaşinqtonun Rusiya ilə münasibətləri “yenidən balanslaşdırmaq” siyasətinə dönməsinin və Ukraynaya hərbi dəstəyin azalmasının əlamətidir.

 
 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR