İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda vəzifəli şəxsin ailəsində faciə - İkinci övladını itirdi

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üz verib.

Musavat.com “Yeni Sabah”a istinadla xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Maliyyə şöbəsinin müdir müavini Yeganə Quliyevanın oğlu Rəşad Quliyev qəfildən vəfat edib.

35 yaşlı R.Quliyev insult keçirib. Tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

R.Quliyev ailəli idi.

Yeganə Quliyeva son bir neçə ildə ikinci övladını itirib. Onun digər oğlu da gənc yaşında vəfat edib. Məmurun həmin övladının da ölümünə yüksək təzyiq nəticəsində beynə qan sızması səbəb olub.

Allah rəhmət eləsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR