Onlayn ictimai-siyasi qəzet
Cəlilabadda yol qəzasında xəsarət alanların səhhəti məlum olub.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 19.10.2025-ci il tarixində saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər ( 2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.
Belə ki, 1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Fakt ilə bağlı araşdırma aparılır.
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ