İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Bayraktar TB2” ilə Rusiya katerini məhv etdi - VİDEO

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dənizin şimal-qərb hissəsində “Bayraktar TB2” Rusiya katerini məhv edib: 6 hərbçi zərərsizləşdirilib, 2-si yaralanıb.

Bu barədə USQ-nin Hərbi Dəniz Qüvvələri teleqramda məlumat yayıb.

“Qara dənizin şimal-qərb hissəsində Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-dəniz aviasiyasının səyi ilə düşmən şəxsi heyətini quruya keçmək cəhdi zamanı KS-701 “Tunets” tipli düşmən kateri məhv edilib.

6 işğalçı zərərsizləşdirilib və 2-si yaralanıb”, - Hərbi Dəniz Qüvvələri açıqlayıb.

Əməliyyatın görüntüləri paylaşılsa da, hadisənin dəqiq tarixi bildirilməyib.

Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyatda istifadə olunan PUA “Bayraktar TB2” olub. (Report)

@@TVmusavat/67937@@

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR