İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu xəbərlə ÇALXALANIR

Ermənistan parlamentinin müxalif deputatları baş prokurora müraciət ünvanlayıblar.

Musavat.com xəbər verir ki, onlar erməni məmurların “Göyçə” gölü yaxınlığında aldıqları malikanələrə diqqət çəkiblər.

Məsələ burasındadır ki, Baş Prokurorluq “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı növbəti iş ilə çıxış edib. Söhbət “Göyçə” Milli Parkının yurisdiksiyasında olan Ermənistanın Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin guya qanunsuz mənimsənilməsindən gedir.

İstintaq iddia edir ki, Ohanyan müdafiə naziri vəzifəsində işləyərkən dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə edərək torpaq sahəsini qanunsuz zəbt edib və orada malikanə tikib.

İstintaqın məlumatına görə, Artsvik Minasyan 2016-2018-ci illərdə ətraf mühit naziri vəzifəsində çalışarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət vermək üçün heç bir addım atmayıb. Üstəlik, onun Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verməklə və bir sıra sənədlərin saxtalaşdırılmasına yol verməklə cinayətin gizlədilməsinə köməklik etdiyi iddia edilir.

Müxalif deputat Taqui Tovmasyanın sözlərinə görə, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Arman Akopcanyanın da orada evi var. Tovmasyan xüsusilə baş prokurordan bu məsələyə niyə cinayət-hüquqi qiymət vermədiyini soruşub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR