Onlayn ictimai-siyasi qəzet
Suraxanı rayonunda xuliqanlıq və qətl törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Natiq İmamcanovun və Afiq Hacıəliyevin təqsirləndirilməsinə görə cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim bildirib ki, hazırlıq iclasında sübutlar araşdırılmır və işə mahiyyəti üzrə baxılmır.
Proses zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, sözü gedən şəxslər 1995-ci il təvəllüdlü Natiq İmamcanov Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.
1999-cu il təvəllüdlü Afiq Hacıəliyev Yardımlı rayonunda anadan olub və əvvəllər məhkum olunmayıb.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra məhkəmənin qərarına əsasən Afiq Hacıəliyevin barəsində seçilmiş həbs qətimkan, Natiq İmamcanovun barəsində isə seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
İlk baxış iclası iyulun 16-na təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Afiq Hacıəliyev cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanov isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham olunurlar.
İnarə Hünbət
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ