İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik

Mən əziz qardaşım Prezident İlham Əliyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mötəbər toplantısında iştirak etmək üçün nümayəndə heyətimlə birlikdə burada idim.

Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif söyləyib.

Baş nazir bildirib: “Biz bu gün iki üzv ölkə arasında qardaşlıq bağlarını daha da inkişaf etdirmək, ticarəti, sərmayələri, mədəniyyəti, təhsili, səhiyyəni və su ehtiyatlarını təşviq etmək barədə razılaşdıq. Prezident İlham Əliyevlə görüş çox məhsuldar keçdi. Biz Pakistanla Azərbaycan arasında ticarət və investisiyalarımızı strateji sahələrdə də inkişaf etdirmək barədə razılığa gəldik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR