Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ermənistan vətəndaşlarının vizasız rejimə keçidi üçün addım atıb.
Musavat.com xəbər verir ki, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib ki, Avropa Komissiyası Ermənistanla vizasız gediş-gəliş üçün "Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı"nı təsdiqləyib.
Sənədin məqsədi Ermənistanla Aİ arasında əlaqələri gücləndirmək və ölkənin Avropa strukturlarına yaxınlaşmasını dəstəkləməkdir.
"Komissiya bu planı təsdiqləyib. Bu, Ermənistanın Aİ-yə yaxınlaşması istiqamətində mühüm addımdır. Bütün şərtlər yerinə yetirildikdən sonra növbəti mərhələyə keçəcəyik", – deyə Kallas vurğulayıb.
Avropa İttifaqı ilə Ermənistan arasında yeni siyasi tərəfdaşlıq gündəliyi də razılaşdırılıb. Tərəfdaşlıq gündəliyi təhlükəsizlik, iqtisadi inkişaf, demokratiya və dözümlülük kimi əsas sahələri əhatə edir.
Qeyd edək ki, vizasız rejimə tam keçid üçün Ermənistan hökuməti tərəfindən Fəaliyyət Planında nəzərdə tutulan bütün şərtlər yerinə yetirilməlidir. Bundan sonra məsələ Avropa Şurası və Avropa Parlamenti tərəfindən müzakirəyə çıxarılacaq və yekun qərar veriləcək.
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ