İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə TARİXİ ANLAR - Liderlər arasında səmimi söhbət

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü baş tutub. Azərbaycanın ev sahibliyi etdiyi toplantı region üçün mühüm əhəmiyyət kəsb edən hadisə kimi yadda qalıb.

Tədbirdə bir sıra ölkələrin dövlət başçıları ilə yanaşı, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak ediblər. Onların Xankəndiyə səfəri həm siyasi, həm də simvolik baxımdan mühüm mesaj daşıyır.

Tədbir çərçivəsində ölkə liderləri birlikdə xatirə şəkli çəkdiriblər. Mərasimin qeyri-rəsmi hissəsində isə liderlər arasında isti və səmimi söhbət müşahidə olunub. Bu söhbət zamanı Qarabağda yaranan yeni reallıqlar, iqtisadi əməkdaşlıq imkanları və bölgənin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə Ərdoğan və Şahbaz Şərifin Azərbaycan Prezidenti ilə olan münasibətləri və Qarabağ məsələsinə verdikləri açıq dəstək, Xankəndidə baş tutan bu görüşü daha da simvolik və önəmli edib.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR