Onlayn ictimai-siyasi qəzet
İrəvanın Maştots prospektindəki parkın ərazisindən həbsdəki biznesmen Samvel Karapetyanın müdafiəsi üçün yürüş başlayıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, yürüş başlamazdan əvvəl “Taşir” şirkətlər qrupunun sədr müavini, ESA Direktorlar Şurasının rəhbəri Narek Karapetyan, Ermənistan parlamentinin deputatları və keşişlər çıxış ediblər.
Aksiyada bütün ermənilərin katolikosu II Qareginin qardaşı, arxiyepiskop Yezras Nersisyan da daxil olmaqla, çoxsaylı ruhani nümayəndələri iştirak ediblər. Müxalifət deputatları, müxtəlif partiyaların liderləri və üzvləri də aksiyaya qatılıb.
Yürüş Maştots prospekti ilə keçərək Nalbandyan küçəsinə - Rusiya vətəndaşı olan Samvel Karapetyanın saxlandığı yerədək davam edəcək.
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ