Onlayn ictimai-siyasi qəzet
Kir Starmer Böyük Britaniyanın baş naziri postunu tərk edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
İki yüksək rütbəli Leyborist millət vəkili Starmer hökumətinin zəif fəaliyyət göstərməyə davam etməsi halında bir neçə ay ərzində istefaya göndərilə biləcəyini önə sürüb.
Onlar xəbərdarlıq ediblər ki, əgər Leyboristlər gələn may ayında Uels, Şotlandiya və Londonda keçiriləcək seçkilərdə zəif çıxış edərsə, bu, onun "Downing Street"dəki hakimiyyətinin sonu demək ola bilər.
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ