Onlayn ictimai-siyasi qəzet
Ukrayna Almaniyaya milyardlarla avro dəyərində silah-sursat tələbi ilə bağlı rəsmi müraciət ünvanlayıb. Almaniyanın nüfuzlu Bild nəşri bu müraciətlə bağlı məxfi silah siyahısının detallarını yayımlayıb.
Musavat.com xəbər verir ki, Ukraynanın tələbi üç əsas kateqoriyanı əhatə edir: hava hücumundan müdafiə sistemləri, zirehli texnika və radioelektron mübarizə vasitələri.
Siyahıya aşağıdakı silah və texnikalar daxildir:
4 ədəd IRIS-T hava hücumundan müdafiə sistemi,
1 000 ədəd mina təhlükəsinə qarşı qorunan zirehli avtomobil,
200 ədəd tırtıllı hərbi maşın,
30 ədəd minalardan təmizləmə üçün tank,
20–30 ədəd mühəndis tankı,
200 ədəd xüsusi təyinatlılar üçün SUV tipli avtomobil,
1 000 ədəd GPS siqnalını bloklayan cihaz (jamer),
200 ədəd mobil yerüstü radar,
eləcə də müxtəlif növ sursatlar.
Hazırda Almaniya hökumətinin bu müraciətə necə cavab verəcəyi məlum deyil.
Bild qeyd edir ki, kansler Fridrix Mersin rəhbərlik etdiyi Almaniya hökuməti artıq Ukraynaya göstərilən hərbi yardım barədə açıq hesabatların dərcindən imtina edib. Buna baxmayaraq, nəşrin məlumatına görə, 2025-ci ildə Almaniyanın Ukraynaya ümumi hərbi dəstəyi 8 milyard avronu keçəcək.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ