Onlayn ictimai-siyasi qəzet
Ukrayna Daxili İşlər Nazirliyi Ali Radanın keçmiş deputatı İrina Farionun qatilində şübhəli bilinən şəxsi axtarışa verib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat yayılıb.
Şübhəli təxminən 20 yaşında, boyu 170-180 sm, arıq bədən quruluşuna malikdir. Bildirilir ki, hücum zamanı həmin şəxs Panama papağı və qırmızı əlcək geyinib.
Bundan əvvəl İrina Farionu güllələyən şəxsin bir neçə həftədir onu izlədiyi bildirilirdi.
Qeyd edək ki, iyulun 19-da Lvovda İrina Farion evinin yaxınlığında güllələnib, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Farion Rusiya və rus dili ilə bağlı sərt açıqlamaları ilə tanınır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ