İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ABŞ-a yeraltı sərvətlərlə bağlı təklifini təqdim etdi – razılaşma yaxınlaşırmı?  


Ukrayna ilə ABŞ arasında yeraltı sərvətlərlə bağlı razılaşma istiqamətində danışıqlar davam edir. Ukrayna tərəfi Vaşinqtonda öz qarşı təkliflərini təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanışina məlumat verib. O bildirib ki, bu danışıqlar son mərhələ deyil və qarşılıqlı razılığa gəlmək üçün məsləhətləşmələr davam edəcək:

“Amerika tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri çatdırmaq imkanımız oldu. Bunlar hamısı müzakirəyə çıxarıldı,” – deyə nazir bildirib.

Razılaşmanın detalları açıqlanmasa da, söhbətin strateji təbii ehtiyatların idarə olunması və investisiya imkanlarından getdiyi ehtimal olunur. Danışıqların davamı yaxın günlərdə gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR