İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna 2000 km mənzilli dronlardan İSTİFADƏYƏ BAŞLADI

Ukrayna 2000 km mənzilli və 250 kq ağırlığında bomba daşıyan PUA-lardan istifadə etməyə başlayıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Ukrayna yeni kiçik ölçülü pilotsuz uçuş aparatının (PUA) istifadəsini rəsmən təsdiqləyib.

Bu PUA-lar 250 kiloqramlıq aviasiya bombası daşımaq və 2000 kilometr məsafə qət etməklə yanaşı, bazaya geri qayıtmaq qabiliyyətinə malikdir.

Əslində, yeni pilotsuz aparat yüngül mühərrikli təyyarəyə bənzəyir və 250 kiloqramlıq bombanı buraxdıqdan sonra geri dönə bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR