İnsanlara hürriyət, millətlərə istiqlal!

Hündürlüyü 1 kilometrdən çox olan bina tikilir

Səudiyyə Ərəbistanında dünyanın gələcək ən hündür qülləsi olan "Jeddah Tower"in tikintisi bərpa olunub.

Qüllənin 2028-ci ildə tamamlanması planlaşdırılır.

Göydələn Ciddə şəhərindən 32 kilometr şimalda tikiləcək. Onun hündürlüyü 1007 metr olacaq ki, bu da Dubaydakı Bürc Xəlifədən 179 metr yüksəkdir.

Memarların qlobal ambisiya və tərəqqi simvolu adlandırdıqları qüllə 2013-cü ildə inşasına başlanılmışdı. Lakin tikinti işləri 2018-ci ildə dayandırılmışdı, o zaman binanın artıq 63 mərtəbəsi var idi.

Bu ay inşaatçılar göydələnin 64-cü mərtəbəsinin tikintisinə başlayıblar. Onlar hər dörd gündə bir mərtəbə tikəcəklər.

Dünyanın ən hündür müşahidə göyərtəsi 157-ci mərtəbədə açılacaq.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR