Onlayn ictimai-siyasi qəzet
İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momikanın qətlinə cavabdeh olan prokuror istintaq çərçivəsində saxlanılan 5 şübhəlinin azadlığa buraxılmasına qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.
"Cinayətin törədildiyinə dair şübhələr zəifləyib və mən artıq insanları həbsdə saxlamaq üçün heç bir əsas görmürəm", – deyə ibtidai istintaqı aparan baş prokuror Rasmus Ohman izah edib.
Xatırladaq ki, İsveçdə Qurani-Kərimi təhqir edən iraqlı mühacir yanvarın 29-u axşam "TikTok"da canlı yayım edərkən yaşadığı binada öldürülüb.
Musavat.com
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ