Onlayn ictimai-siyasi qəzet
"Hazırda nüvə silahı düzəltmək potensialımız var, amma belə planımız yoxdur".
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əlcəzirə" telekanalına müsahibəsində deyib.
"Hazırda İranın nüvə silahı yoxdur. Nüvə silahı İranın hərbi doktrinasına daxil deyil. Təhlükəsizliyimiz başqa vasitələrlə təmin edilir və nüvə silahı bizə qadağandır. Ali rəhbər (Xameneyi) nüvə silahı da daxil olmaqla bütün kütləvi qırğın silahlarının istehsalını, saxlanmasını və istifadəsini haram elan edən açıq-aydın fətva verib. Və siz haramın mənasını çox gözəl başa düşürsünüz", - deyə iranlı nazir bildirib.
Musavat.com
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ