İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ lideri KQB podpolkovnikinin dünya nizamını dağıtdığını etiraf etməz" - Putinin baş naziri danışdı

Musavat.com xəbər verir ki, Rusiyanın sabiq baş naziri Mixail Kasyanov (2000-2004) ukraynalı məşhur aparıcı Dmitri Qordona müsahibə verib.

Müsahibənin maraqlı hissələrindən birini Azərbaycan oxucularına təqdim edirik.

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün qərarlarını və müharibənin gələcək taleyini dəyərləndirib.

“Tramp Putinin dünya nizamını dağıtmasına razı olmaz”

Kasyanov bildirib ki, Donald Tramp Ukraynanın məğlubiyyətinə razı olmayacaq, çünki bu, ABŞ-ın qlobal liderliyini itirməsi demək olardı.

“Trampın belə bir şey deyəcəyinə inanmıram: “Mən dünya iqtisadiyyatının 25%-ni formalaşdıran bir dövlətin lideriyəm və razıyam ki, KQB-nin podpolkovniki dünya nizamını dağıdaraq bizi ikinci plana atdı”.

Onun sözlərinə görə, bütün ABŞ siyasi elitası da belə bir ssenariyə qarşı çıxacaq və Tramp Ukraynanı kapitulyasiyaya məcbur etməyəcək.

“Müharibənin sonu bu ilin sonuna qədər mümkündür”

Dmitri Qordonun müharibənin nə zaman bitəcəyi ilə bağlı sualına cavabında Kasyanov bildirib ki, müsbət ssenari üzrə münaqişə 2025-ci ilin sonuna qədər həll oluna bilər.

“May-iyun aylarında Tramp Ukraynaya dəstəyini ikiqat artırır, bu vaxta qədər neftin qiymətlərini aşağı salır və nəticədə Putin həm iqtisadi, həm də hərbi baxımdan sıxışdırılaraq real danışıqlara razı olmağa məcbur olur”.

Lakin Kasyanov müharibənin tezliklə bitəcəyinə inanmadığını bildirib.

“Sürətli son demək, sabah Ukraynanı kapitulyasiyaya məcbur etməkdir. Mən əminəm ki, Tramp bunu etməyəcək, çünki ABŞ-ın siyasi elitası belə bir qərarı qəbul etməz”.

Onun fikrincə, Tramp Ukraynaya dəstəyi artıraraq Putini danışıqlara məcbur edəcək, lakin müharibə qısa müddətdə bitməyəcək.

Kasyanovun bu açıqlamaları Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı gələcək siyasəti barədə müzakirələri daha da gücləndirib. ABŞ-ın Rusiya ilə münasibətləri və müharibənin gedişatı ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR