Onlayn ictimai-siyasi qəzet
Fransada naməlum şəxslər Jan-Mari Le Penin məzarı üzərindəki qəbir daşını dağıdıblar.
Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Hadisə ultra-sağçı "Milli Cəbhə" partisinin qurucusunun dəfn edildiyi Trinite-sur-Mer şəhərinin qəbiristanlığında baş verib.
Le Penin nəvəsi, Avropa Parlamentinin deputatı Marion Mareşal "X" sosial şəbəkəsində məzarın üzərindəki sındırılmış kelt xaçını əks etdirən fotoşəkil paylaşıb.
Həmçinin, mərhum siyasətçinin adının yazıldığı lövhə də zərər görüb.
Le Penin ailə üzvləri məzarın baltayla dağıdıldığını güman edirlər.
Polis hadisə ilə bağlı araşdırma aparır. Loriyanın prokurorluğu hadisə ilə bağlı cinayət işi açıldığını bildirib.
Qeyd edək ki, Jan-Mari Le Pen yanvarın 7-də 96 yaşında vəfat edib. O, onilliklər boyu Fransanın ultra-sağ partiyalarının siması olub və bir neçə dəfə prezident seçkilərində iştirak edib.
Musavat.com
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ