Onlayn ictimai-siyasi qəzet
Müasir dövrdə qulaqlıq istifadə etmək əksər insanlar üçün adi bir vərdişə çevrilib. Xüsusilə gənclər uzun müddət qulaqlıq taxaraq musiqi dinləyir, film izləyir və ya telefon zənglərini qəbul edirlər. Lakin bu vərdişin sağlamlığa ciddi zərər verdiyini çoxları bilmir. Qulaqlığın davamlı istifadəsi eşitmə problemlərindən tutmuş psixoloji təsirlərə qədər bir çox fəsada yol aça bilər.
Musavat.com Yenisabah.az-a istinadla mütəmadi qulaq taxmağın fəsadlarını təqdim edir:
Eşitmə qabiliyyətinin zəifləməsi
Uzun müddət yüksək səsli musiqi dinləmək qulaq pərdəsinə və daxili qulaqda yerləşən tüklü hüceyrələrə zərər vurur. Bu hüceyrələr eşitmə prosesində mühüm rol oynayır və bir dəfə məhv olduqda bərpa olunmur. Nəticədə, insanın eşitmə qabiliyyəti zəifləyir və hətta tamamilə itə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, gündəlik 60 dəqiqədən çox və 60%-dən yüksək səs gücü ilə qulaqlıq istifadə etmək eşitmə pozğunluqlarına səbəb ola bilər.
Qulaq iltihabı və infeksiyalar
Qulaqlıqdan uzun müddət istifadə edildikdə, qulaqda təbii havalandırma prosesi pozulur. Bu, rütubətin artmasına və bakteriyaların çoxalmasına səbəb olur. Xüsusilə qulaqdaxili qulaqlıqlardan istifadə edənlərdə infeksiya riski daha yüksəkdir. Bundan əlavə, qulaqlıqları başqaları ilə bölüşmək mikrobların yayılmasına səbəb olur və qulaq infeksiyalarını artırır.
Baş ağrıları və beyin zərəri
Davamlı qulaqlıq taxmaq baş ağrılarına, baş gicəllənməsinə və stressə səbəb ola bilər. Yüksək səs beyindəki sinir sisteminə təsir edərək gərginlik yaradır. Həmçinin, elektromaqnit dalğalarının beyinə mümkün zərərləri ilə bağlı elmi araşdırmalar aparılır. Bəzi mütəxəssislər bu dalğaların uzunmüddətli istifadədə beyin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini qeyd edirlər.
Psixoloji və emosional təsirlər
Daim qulaqlıq taxan insanlar real dünya ilə əlaqəni azaldır və sosial təcrid oluna bilərlər. Bu hal insanın psixoloji vəziyyətinə mənfi təsir göstərərək depressiya, narahatlıq və diqqət dağınıqlığı yarada bilər. Xüsusilə yüksək səsli musiqi dinləmək beyində stress hormonlarının artmasına səbəb ola bilər ki, bu da insanın əsəbiliyini artırır.
Necə qorunmaq olar?
- Qulaqlıqdan istifadə müddətini məhdudlaşdırmaq (maksimum 60 dəqiqə/gün);
- Səs səviyyəsini 60%-dən çox etməmək;
- Qulaqlığı tez-tez təmizləmək və başqaları ilə bölüşməmək;
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ