İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA-dan Rusiya ilə bağlı MÜHÜM QƏRAR

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini 2024/25 Millətlər Liqasının püşkatma mərasiminə daxil etməyib.

Musavat.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

2024/25 Millətlər Liqasında 54 komanda iştirak edəcək. Turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin bir hissəsidir.

Millətlər Liqası 2018-ci ildən keçirilir. Bu turnirin keçirilməsində məqsəd milli komandalar arasında yoldaşlıq görüşlərini bərabər rəqiblərlə rəsmi oyunlarla əvəz etməkdir. İndiyədək turnirin qalibi Portuqaliya, Fransa və İspaniya komandaları olub.

2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası Rusiya klublarının və milli komandalarının beynəlxalq oyunlarda iştirakını dayandırıb. Rusiya komandası son Millətlər Liqasında çıxış etmədiyinə görə B Divizionundan C Divizionuna düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR