İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA “Cəbəllütariq İspaniyadır!” deyən çempionlara iş açıb

İspaniya millisinin futbolçuları Rodri və Morata UEFA tərəfindən futbolun reputasiyasına xələl gətirməkdə və idmandan istifadə edərək şüar qışqırmaqda, qeyri-idman xarakterli açıqlamalar verməkdə ittiham olunurlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı iyulun 15-də Avro-2024-də qələbəyə görə verilən kubokun ictimaiyyətə təqdim edilməsi zamanı İspaniya milli komandasının oyunçularının davranışının araşdırma mövzusu olduğunu bildirib.

“Cəbəllütariq İspaniyadır!” şüarını səsləndirən futbolçular ümumi davranış qaydalarını və ləyaqətli davranışın əsas qaydalarını pozmaqda, idman tədbirlərindən istifadə edərək idmana zidd bəyanatlar verməkdə, futbolun və UEFA-nın nüfuzuna xələl gətirməkdə ittiham olunurlar.

"UEFA-nın nəzarət, etik və nizam-intizam qurumu bu məsələ ilə bağlı vaxtında qərar verəcək", - bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl UEFA Türkiyə millisinin müdafiəşisi Merih Demiralın vurduğu qoldan sonra tribunada oturan azakeşlərə barmaqları ilə “bozqurd” işarəsi göstərdiyinə görə 2 oyunluq cəzalandırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR