İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucarda güllələnmə: Atəş açan kim olub?

Ucar sakini güllələnib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib.

Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib.

Tural Tağıyev çayxanada çay içərkən güllə yarası aldığını bildirilib.

Atəşin kim tərəfindən və hansı səbəbdən açılması barədə hələlik məlumat yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR