Onlayn ictimai-siyasi qəzet
Ucar rayonunda 43 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Musavat.com report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1980-ci il təvəllüdlü Lətifov Rəşad Əsgər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğuna görə. Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ