İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uçan taksi"nin sürücüsü Qabili söydüyünə görə xəstəxanadan qovulub? - AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə "uçan taksi" ilə bağlı iddia yayılıb. Anar Nəcəfovun oğlu Elvin Nəcəfov iddia edir ki, sürücü Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Bununla bağlı sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib. 

Milli.Az xəbər verir ki, o qeyd edib ki, buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda Qabil Məmmədov haqqında səsləndirdiyi fikirlər olub.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs yaxınlarının təkidi ilə Sabunçu Tibb Mərkəzinin müvafiq şöbəsində tibbi xidmət almaqdan imtina edib. 

Ona üzərində icra olunması nəzərdə tutulan əməliyyatın digər ixtisaslaşmış dövlət tibb müəssisəsində icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi üçün göndəriş verilməsi təklif olunub. 

Lakin pasiyent daha əvvələr müraciət etdiyi özəl tibb müəssisəsində müalicəsini davam etdirmək istəyib. 

Bu səbəbdən şəxsə və ailə üzvlərinə iltizamnamə yazmaları təklif olunub, ancaq onlar iltizamnamə yazmaqdan da imtina ediblər. Sözügedən halla bağlı yaranan vəziyyət tibb müəssisəsi tərəfindən aktlaşdırılıb.

Xatırladaq ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyent öz istəyilə tibb müəssisəsindən buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR