İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Rusiya ilə bağlı mövqeyini dəyişməsinə kim təsir edib?

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Rusiyaya qarşı kursunu yenidən nəzərdən keçirməsinə həlledici təsir göstərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ Konqresindəki üç mənbəyə söykənərək məlumat yayıb.

Onların fikrincə, Vaşinqtonun siyasətinin sərt xəttinə sadiq qalan respublikaçı isteblişmentin nümayəndələri son aylar ərzində Ağ Ev rəhbərini Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırmaq üçün pərdə arxasında çalışırlar. Qeyd olunur ki, Kelloqq bu səylərdə əsas rol oynayıb.

Qeyd eədk ki, Kelloq bir müddət öncə Rusiya ilə danışıqlardan müvəqqəti olaraq ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun xeyrinə kənarlaşdırılmışdı.

Lakin mənbələrdən biri Kelloqun "son vaxtlar yüksəlişdə olduğunu" vurğulayıb.

 CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ “Patriot” sistemlərindən əlavə, sonradan Ukraynaya çatdırılmaq üçün NATO ölkələrinə yaxın mənzilli raketlər və haubitsa sursatları da ötürə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR