Türkiyə prokurorları tanınmış jurnalist və teleaparıcı Fatih Altaylıya respublika prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 7 il 6 aya qədər həbs cəzası tələb edir.
Musavat.com xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Altaylı iyunun sonunda İstanbulda yerli prokurorluğun qərarı əsasında saxlanılıb.
Onun saxlanmasına və daha sonra həbs olunmasına səbəb şəxsi YouTube kanalında yayımlanan proqramda Ərdoğanla bağlı səsləndirdiyi tənqidi fikirlər olub. Jurnalist proqramda Türkiyə prezidentinin ömürlük hakimiyyətdə qalmaq niyyətində olduğunu söyləyib.
Fatih Altaylı irəli sürülən ittihamları rədd edərək bildirib ki, verilişdə sadəcə ictimai rəy sorğusunun nəticələrinə əsaslanıb.
Qeyd edək ki, 62 yaşlı Altaylı əvvəllər Türkiyənin ən tanınmış media orqanlarında, o cümlədən “Cümhuriyyət” və “Hürriyyət” qəzetlərində, “Kanal D”, “Show TV”, “Atv” və “Habert rk” telekanallarında çalışıb. Son illərdə isə o, fəaliyyətini əsasən YouTube platformasında müəllif proqramları ilə davam etdirir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ