İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç və daha çox uşağı olan ailələrə ŞAD XƏBƏR

İlk yayın vaxtı 20:58

Latviyada üç və ya daha çox uşağı olan ailələr üçün yeni təklifin hazırlaması müzakirə olunur.

Nesw24.az xəbər verir ki, bu haqda təhsil mütəxəssi Andres Dreymanes yerli KİV-ə danışıb. Onun sözlərinə görə, təklif uşaqların təhsildəki inkişafına təkan verə bilər.

“Təklif hələ ki 3 və daha çox uşağı olan ailələr üçün nəzərdə tutulub. Çünki elə çoxuşaqlı ailələr var ki, həmin ailədəki hər bir uşaq yüskək təhsil potensialına malikdir.

Təbii ki, təhsilini inkişaf etdirmək istəyən şagirdlər ödənişli kurslarda iştirak etmək istəyirlər, bəzən ödənişlərə görə valideynlər uşaqlara maddi dəstək göstərə bilmirlər. Ona görə təklif planında düşünülür ki, çoxuşaqlı ailələrin övladları, eyni zamanda əlaçı şagirdlər üçün güzəştlər edilsin", - deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, əsas məqsəd budur ki, gənc yaşlarından təhsildən əlavə, hər hansı bir biliyə sahiblənən şagirdlər bir neçə il sonra cəmiyyətə daha çox xeyir verə bilər. "Eyni zamanda düşünürük ki, bu təklif layihəsi qəbul olunsa, digər ölkələr də bu modeldən yararlana bilər”, - deyə o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR