İnsanlara hürriyət, millətlərə istiqlal!

"Twitter" Maskın oyuncağı oldu - İşçilər işdən çıxarılır, istifadəçilər isə...

Twitterdə bir çox dəyişiklik edən İlon Maskın son hərəkəti istifadəçiləri qəzəbləndirdiyi halda, yüzdə 30 dəyər qazanan Dogecoin investorlarını sevindirib

Ötən il "Twitter"i 44 milyard dollara satın alan amerikalı iş adamı İlon Mask  sosial media platformasında növbəti dəfə dəyişiklik edib.

Musavat.com xəbər verir ki, yarandığı gündən bəri simvola çevrilən mavi quş loqosu "Twitter"in internet versiyasında yerini "Dogecoin"in it loqosuna verib.

Dəyişiklikdən sonra Degocoin 30 faiz dəyər qazanıb. İlon Maskın "Dogecoin"i dəstəklədiyi və manipulyasiya etdiyi iddiaedilib, lakin iş adamı ittihamları rədd edib.

Dünyanın ən çox istifadə edilən sosial media platformalarından biri olan "Twitter" Maskın mülkiyyətinə keçdikdən sonra davamlı olaraq dəyişmə vəziyyətindədir. Əvvəlcə platformada giriş səhifəsi dəyişdirirdi və abunə olmayan istifadəçilərin platformada populyar məzmunu görə bilmələri təmin olundu. Daha sonra ödənişli olaraq “mavi tık” tətbiq edilməyə başladı. Daha sonra ödənişli abunəçilər üçün tvit yazarkən istifadə olunan simvolların sayı 280-dən 4000-ə qaldırıldı.

Şirkətin minlərlə əməkdaşını işdən çıxaran Mask bu yaxınlarda ABŞ-ın məşhur “The New York Times” qəzetinə qarşı qərəzli mövqe sərgiləyib. Qəzet korporativ hesablarını yoxlamaq üçün "Twitter"ə pul ödəməyəcəyini açıqlayıb. Mask isə tvit paylaşaraq qəzet haqqında mənfi şərhlər verib, "New York Times"ın "mavi tik"inin silinəcəyini bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR