İnsanlara hürriyət, millətlərə istiqlal!

Türküstan vilayəti hakiminin müavini: "Türküstandakı naxışlardan Şuşadakı binalarda da var"

“Bu, hazırda türk ölkələrinin yaxınlaşmasını göstərən hadisələrdən biridir. Belə tədbirlər çoxdur və bu turnir birlik arzusunu, mədəniyyətimizin, idmanımızın ümumiliyini göstərir. Çünki həm mübarizə, həm mübarizə, həm də milli güləşin digər növləri çox yaxındır. Üstəlik, qaydalara edilən dəyişikliklə qazax mübarizəsi də döyüşün möhtəşəmliyi və dinamizmi ilə tamaşaçılar arasında populyarlaşır”.

Musavat.com xəbər verir ki, bu sözləri Türküstan vilayətinin icra başçısının müavini Saken Kalkamanov Türküstada keçirilən qazax güləşi üzrə Asiya kubokunun əhəmiyyətini dəyərləndirərkən deyib.

“İki il əvvəl Türk Parlament Assambleyasının qeyri-rəsmi sammitində Türküstan türk dünyasının daimi mənəvi paytaxtı kimi tanınıb. İndi şəhər turizm istiqamətində inkişaf edir. Bu gün biz həm siyasi, həm mədəni, həm də mənəvi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə bilərik", - Kalkamanov deyib.

Vilayət başçısının müavini bildirib ki, tədbir turizmi şəhərimiz üçün vacib komponentdir: "Srağagün Türküstanda UNESCO Konqresi öz işini başa vurdu, dünən dünyanın hər yerindən iki mindən çox qaçışçının iştirak etdiyi Türküstan marafonu keirilib. Qazaxıstan güləşi turnirində türk ölkələrinin idmançılarını qəbul etdik. Biz bundan sonra da bu istiqamətdə inkişaf edəcəyik və təkcə tədbir turizmini deyil, həm də müxtəlif biznes sahələrini inkişaf etdirəcəyik”.

Daha sonra S.Kalkamanov Türküstandakı qədim tarixi-memarlıq abidələrinin restavrasiyasından, bu tikililərdə bütün türk dünyasının dəyəri olan ornamentlərdən söz açıb: "Məsələn, Türküstandakı tarixi memarlıq abidələrininüstündəki naxışların eynisinə sizin Şuşa şəhərindəki binalarda da rast gəlmək olur", -deyə o, Musavat.com-un Türküstanda ezamiyyətdə olan əmədaşına bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR