Onlayn ictimai-siyasi qəzet
ABŞ və İsrail hakimiyyəti İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edir.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Yayılan məlumatda İranın nüvə obyektlərinin adlarını əks etdirən foto da yer alıb.
Hədəflərin siyahısını təqdim edirik:
-Tehranda dağın altında yerləşən Fordo uran zənginləşdirmə mərkəzi;
-Nətənz şəhərində uran zənginləşdirmə kompleksi;
- İsfahanda Sentrifuqa hissələrinin yaradılmasından tutmuş uranın zənginləşdirilməsi üçün hazırlanmasına qədər bir sıra fəaliyyətlərin həyata keçirildiyi mərkəz;
- Buşehrdə İranın yeganə işləyən nüvə stansiyası; (Burada Rusiya yanacağı istifadə edilərək daha sonra Rusiyaya göndərilir)
- Xondab şəhərində yayılma riski təşkil edən yarımçıq tədqiqat reaktoru.
Toğrul İSMAYIL,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ