İnsanlara hürriyət, millətlərə istiqlal!

"Valideynlərimin əziyyətini darmadağın etdim, məni bağışlasınlar"

Əməkdar artist Kəmalə Müzəffər "Min maska" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa şəxsi həyatı ilə bağlı verilən suala belə reaksiya verib:

"Hazırda öz həyatım yoxdur. Övladlarımı böyütmüşəm, evləndirmişəm. Mənim nə öz həyatım ola bilər ki? Bir qadının başqa nə həyatı ola bilər? Mənim üçün teatr və kino. Elə əsl həyatım sənətimdir. Kənar heç nə yoxdur. Başqa bir aktrisa mənim yerimdə olub nə deyə bilər? Mən yaşda olan biri şəxs həyatında edə biləcəyi hər şeyi edib. 25 yaşımdan 50 yaşıma qədər sənətdən kənar həyatım var idi. Amma artıq hər şeyi etdim, razıyam da. İndi ancaq və ancaq teatr və kino. Həsəd aparan biri deyiləm. Bu həyatda nə qadın, nə də aktrisa kimi Azərbaycanda qibtə edəcəyim heç kim yoxdur. Nə sənətinə, nə zahiri gözəlliyinə, nə də var-dövlətinə".

K.Müzəffər sənətə gələrkən keçdiyi çətin yoldan danışıb:

"İlahi, mən aktrisa olmasaydım, görəsən, nə edərdim? Bu gün çox xoşbəxtəm. Atamın mənim qarşımda qoyduğu qadağaları keçdim, onları darmadığım etdim. Qohumlar, kimlərsə, aktrisa nədir, İncəsənət universiteti nədir, vay-vay sən aktrisa olacaqsan dedilər. Bunların hamısını darmadağın etdim, tank kimi əzib keçdim. Nə yaxşı ki, 18 yaşımda aktrisa oldum. Atam məni şərqşünas görmək istəyirdi. Müəllimlər tutulmuş, yaxşı təhsil verilmişdi mənə. Lakin bütün o əziyyətləri geridə qoydum. Valideynlərim məni bağışlasınlar. Onların bütün əziyyətini darmadağın etdim və aktrisa oldum. Nə yaxşı ki, də oldum. Çox xoşbəxtəm, çünki əsl Kəmalə teatrda, səhnədə, çəkiliş meydançasındadır. Çünki mən orada özüm oluram".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR