Onlayn ictimai-siyasi qəzet
"Atamın doğulduğu Füzulinin Qoçəhmədli kəndinə hələ getməmişəm. Atamın orada bir neçə yerdə evi olub. Əmim uşaqları danışır ki, dədənin məscidin yanında da evi olub. 5 ev. Sürüşmə zonası olduğu üçün həmin yerlər yaşamaq üçün yararlı olmayıb".
Bunu mərhum Əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib.
O bildirib ki, aparıcı Nanə Ağamalıyeva ondan incik düşüb:
"Atam sağlığında Qoçəhmədlidəki evlərindən birini Nanə xanıma verdiyini bildirmişdi. Bəzi jurnalistlər bu məsələni lazımsız məcraya yönəltdilər. Atamın ağzından çıxan söz bizim üçün qanundur. Sözümüzün üstündə dururuq. Nanə xanım da atamın bir balasıdır.
Mənim atam arada xəstələndi, şəkəri oldu, komaya düşdü. Nanə xanım öz verilişini açdı və atamı o verilişə dəvət etdi. Bundan sonra atam onu çox istəməyə başladı.
Nanə xanımın bəyəm maşını, evi yoxdur?! Atam deyirdi ki, Qoçəhmədli kəndi işğaldan azad olunanda Nanə xanım orada ev muzeyimi yaratsın. O bilirdi ki, Nanənin bu işləri görməyə imkanı var"./moderator.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ