İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış naşir kitab sərgisindən şikayət edib: "Kitabları özümüz üçün nəşr edirik?"

"Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu X Bakı Beynəlxalq Kitab sərgisinə marağın az olmasından şikayətçidir.

Musavat.com xəbər verir ki, naşir bu barədə sosial media hesabında yazıb:

"Bu sərgidə bir daha başa düşdüm ki, ölkədə kitab mədəniyyətinin perspektivi çox zəifdir. Ən çox eşitdiyim söz "köçürəm" oldu. İnsanlar gedir, kitablar isə burada qalır... Gələcəkdə oxucusuz kitabların taleyi necə olacaq?

Biz belə hara gedirik? Bu nə sərgidir? Niyə vətəndaşlarımız sərgiyə gəlmir? Niyə kitab alan yoxdur? Belə çıxır ki, bütün bu kitabları özümüz üçün nəşr edirik? Hardadı böyük şirkətlərimiz, yüksək maaş alan insanlarımız? Hardadı zəngin ölkəmiz? Hardadı nazirlərimiz, rektorlarımız, deputatlarımız? Siz kitaba nə zaman dəstək olacaqsınız? Sizə və övladlarınıza kitablar, mədəniyyət lazım deyil? Beynəlxalq Kitab Sərgisi ölkənin ən böyük mədəni hadisəsi deyilsə, bəs nədir?"

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR