Onlayn ictimai-siyasi qəzet
İngiltərədə 37 yaşlı qadın təcavüz nəticəsində ölüb.
Hadisə paytaxt Londonda baş verib. Küçədə yaşayan kişi sərxoş halda olan Natalya Şutterə cinsi təcavüz edib. İstintaq orqanının araşdırmasına əsasən, kişi qadın ölənədək təcavüz edib. Qadının spirtli içki və narkotikin təsiri altında olduğu deyilsə də, onun bu səbəblə ölməsi rədd edilib.
Həmçinin təqsirləndirilən 35 yaşlı Mohamed Lidov da ittihamları qəbul etməyib.
3 uşaq anası və xəstəxana işçisi olan qadının meyiti parkda yaşlı bir qadın tərəfindən tapılıb.
Qadının içkili halda küçədə gəzməsi, həmçinin sakinlərlə rəqs etməsi barədə görüntülər məhkəməyə təqdim olunub. Onun cinsi təcavüzə məruz qaldığı görüntülərin də istintaqa göstəriləcəyi bildirilir./Lent.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ