İnsanlara hürriyət, millətlərə istiqlal!

Formula 1 Fransa nəhəngi ilə 10 illik reklam müqaviləsi imzaladı

Fransanın lüks mallar istehsalçısı LVMH - Moet Hennessy Louis Vuitton SE “Formula 1” yarışlarının təşkilatçısı Liberty Media ilə on illik əməkdaşlığa dai müqavilə imzalayıb.

Musavat.com tərəflərin birgə press-relizinə əsasən xəbər verir ki, müqavilə gələn mövsümün əvvəlində başlayacaq və yarış tədbirlərində LVMH brendlərinin iştirakını, məhdud tematik kolleksiyaların yaradılmasını və eksklüziv məzmunu əhatə edəcək.

Sövdələşmənin maliyyə şərtləri və digər detallar açıqlanmır, yeni məlumatlar 2025-ci ildə açıqlanacaq.

Liberty Media-nın baş direktoru Qreq Maffei qeyd edib ki, “Formula 1” artıq ötən il Las Veqas Qran Prisində LVMH brendlərindən biri ilə əməkdaşlıq edib və bu əməkdaşlıq uğurlu olub.

Fransız milyarder Bernard Arno tərəfindən idarə olunan LVMH - Louis Vuitton, Hennessy, TAG Heuer, Hublot, Tiffany, Christian Dior və Givenchy daxil olmaqla 75 brendə sahibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR